Zəfər Günü münasibəti ilə “Zirvəyə doğru” ekspedisiya təşkil olunub

Zəfər Günü münasibəti ilə “Zirvəyə doğru” ekspedisiya təşkil olunub

Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının və media nümayəndələrinin iştirakı ilə “Zəfər zirvəsi”nə ekspedisiya təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında ölkənin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

“Zirvəyə doğru” adlı ekspedisiyanın iştirakçıları təyin olunmuş marşrut üzrə mürəkkəb relyefə malik dağlıq ərazini keçərək zirvəyə qalxıblar.

“Zəfər zirvəsi”ndə ekspedisiyanın iştirakçıları Azərbaycanın Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

2 9 3 8 4 9 5 7

Poliqon.az

CATEGORIES