Xəbərlər

Ərdoğan: Zəfərin qazanıldığı torpaqlara, Şuşaya səfər edəcəm

“NATO-nun Zirvə toplantısından sonra, iyunun 15-16-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcəm”.

“Poliqon” xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən əvvəl “Atatürk” hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə-Azərbaycan qardaşlığı bölgəmizdəki sülh, rifah və sabitliyin təminatıdır. Bu müddət ərzində, xüsusən də Azərbaycan, Qarabağda tarixi bir qələbəyə imza ataraq 30 illik işğala son verdi. Bu qələbə eyni zamanda bölgədə davamlı sülh və sabitliyin qapısını açdı. Bu fürsətin daxili siyasi hesablamalarla boşa çıxmaması ən böyük arzumuzdur. 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradını izləmiş və Azərbaycanın haqlı qürurunu paylaşmışdıq.

Bu səfərki ziyarətimdə isə Bakı ilə yanaşı Zəfərin qazanıldığı torpaqlara gedəcəyik. Türk dünyası üçün tarixi dəyəri olan bir çox sənətkar yetişdirən və Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanı inşallah ziyarət edəcəyik. 16 İyun çərşənbə günü əziz qardaşım Əliyevlə birlikdə A Milli Futbol Komandamızın Uelsə qarşı oyununu izləyəcəyik”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Poliqon.az

Back to top button