
Rusiya Hava-Kosmik Qüvvələri “Topol-M” strateji təyinatlı ballistik raketin sınaqlarını keçirib.
“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, şaxta dislokasiyalı “Topol-M”in atış məntəqəsi Pleseçk kosmodromu olub. Hədəf olaraq isə Kamçatkadakı poliqon seçilib.
Təlim uğurla yekunlaşıb.
Xatırladaq ki, Rusiya hərbi sənaye kompleksinin məhsulu olan “Topol-M” 2000-ci ildə silahlanmaya qəbul olunub.
Raketin atış məsafəsi 11 min km-dir.




