120 və 82 mm-lik minaatanlar Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

120 və 82 mm-lik minaatanlar Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Rostex” Dövlət Korporasiyası 2024-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində 120 mm-lik 2S12A “Sani”, 120 mm-lik 2B11 və 82 mm-lik 2B24 minaatanlarının daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Çatdırılan məhsullarla bağlı fikirlərini bölüşən “Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib ki, tədarük olunan bütün minaatanlar döyüş şəraitində etibarlılığını və effektivliyini sübut edib.

Onun sözlərinə görə, dövlət müdafiə sifarişinin tələblərinə uyğun olaraq “Rostex” bu minaatanların istehsalını artırır.

CATEGORIES
TAGS