
ANAMA azad edilən ərazilərdə 98 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü ilin aprelin 3-dən 8-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 622 ha ərazi yoxlanılıb, 24 ədəd piyada əleyhinə mina, 74 ədəd tank əleyhinə mina və 298 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər