Ukraynada PUA-lar üçün xidmət mərkəzi tikiləcək

Ukraynada PUA-lar üçün xidmət mərkəzi tikiləcək

Ukrayna Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Müqaviləyə əsasən, Ukraynada pilotsuz uçuş aparatlarına (PUA) təmir və texniki qulluq göstəriləcək xidmət mərkəzi tikiləcək.

Tikiləcək mərkəzlə bağlı düşüncələrini bölüşən Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Kostyantın Vaşşenko bildirib ki, atılan bu addım müdafiə sahəsində iki ölkə arasındakı əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək: “Xidmət mərkəzinin yaradılması Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbəmizi yaxınlaşdırmağa kömək edəcək”.

626b681f1b94dd2bc8b9bb6e85e23be8355308da e1690875264505

Poliqon.az

CATEGORIES
TAGS