“PNS Tariq” korvetində istifadə olunan ASELSAN sistemlərinin sayı açıqlanıb

“PNS Tariq” korvetində istifadə olunan ASELSAN sistemlərinin sayı açıqlanıb

PN MİLGEM layihəsinin dördüncü gəmisi olan “PNS Tariq”də ASELSAN şirkətinin 21 fərqli sistemi xidmət göstərəcək.

“Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verir ki, bunların arasında radar, elektron müharibə, rabitə, silah, naviqasiya və özünümüdafiə sistemləri kimi bir çox kritik texnologiyalar yer alır.

Qeyd edək ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) PN MİLGEM Layihəsi Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin baş podratçılığı ilə həyata keçirilir. Bunun üçün 2018-ci il senyabrın 6-da ASFAT ilə Pakistan Müdafiə İstehsalat Nazirliyi arasında 4 gəmilik proqram üzrə müqavilə imzalanıb. Layihə çərçivəsində Pakistan HDQ-yə çatdırılacaq 4 korvetin inşası eyni vaxtda davam edir.

Layihənin ilk gəmisi “PNS Babur” 2021-ci ilin avqustunda İstanbul Tərsanə Komandanlığında, ikinci gəmi “PNS Badr” 2022-ci ilin mayında Kəraçi Tərsanə Komandanlığında, üçüncü gəmi “PNS Khaiber” 2022-ci ilin noyabrında İstanbul Tərsanə Komandanlığında və dördüncü gəmi “PNS Tariq” 2023-cü ilin avqustunda Kəraçi Tərsanə Komandanlığında suya buraxılıb.

Poliqon.az

CATEGORIES
TAGS