“Hisar-O+” hədəfləri RF arayıcı başlıqlı raketlərlə zərərsizləşdirəcək – VİDEO

“Hisar-O+” hədəfləri RF arayıcı başlıqlı raketlərlə zərərsizləşdirəcək – VİDEO

Türkiyədə “Hisar-O+” hava hücumundan müdafiə (HHM) sisteminə RF arayıcı başlıqlı raketlərdən istifadə qabiliyyətinin qazandırılması ilə bağlı keçirilən kritik ərazi sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, bununla əlaqədar Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün özünün “X” (Twitter) hesabında video paylaşıb.

Sınaq zamanı “Hisar-O+” HHM sistemindən buraxılan RF arayıcı başlıqlı raket həm yaxın mənzil-aşağı hündürlükdə, həm də uzaq mənzil-yuxarı hündürlükdə yüksək sürətlə uçan hədəfləri məhv edib. Beləliklə, Türkiyənin müdafiə sənayesi tərəfindən milli olaraq hazırlanmış RF yaxınlaşma sensoru ilə hədəflər havada vurlub və atış uğurla həyata keçirilib.

Qeyd edək ki, “Hisar-O+” HHM sistemi Türkiyənin ASELSAN və “Roketsan” şirkətləri tərəfindən birgə hazırlanıb.

CATEGORIES
TAGS