Milli Müdafiə Universitetinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

Milli Müdafiə Universitetinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, AzTU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb.

Qeyd olunub ki, Vətən müharibəsi, eləcə də digər uğurlu əməliyyatlarda qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Görüş zamanı, həmçinin elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

CATEGORIES