Ukrayna gələn il raket istehsalını artıracaq

Ukrayna gələn il raket istehsalını artıracaq

Ukraynanın Müdafiə Nazirliyi Strateji Sənaye Nazirliyi ilə birlikdə gələn il raket, sursat, silah və hərbi texnikanın istehsalını bir neçə dəfə artıracaq.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk “Yedınıy Novını” telemarafonunun efirində bildirib.

Onun sözlərinə görə, bu çərçivədə əsas diqqət adi daşına bilən zenit-raket komplekslərindən tutmuş 100 kilometrdən çox uçuş məsafəsinə malik hava hücumundan müdafiə sistemlərinin istehsalına yönəldiləcək.

“Bundan başqa, 2024-cü il üçün təsdiq edilmiş büdcədə Müdafiə Qüvvələrimizin Rusiya təcavüzünə adekvat müqavimət göstərə bilməsi üçün raket və sursatların alınmasına təxminən 175 milyard Ukrayna qrivnasının (4.8 milyard ABŞ dolları) ayrılması nəzərdə tutulur”, – deyə Ukraynan müdafiə nazirinin müavini vurğulayıb.

O qeyd edib ki, daxili müdafiə və sənaye kompleksinin inkişafı Ukrayna Müdafiə Nazirliyi üçün prioritet məsələdir.

CATEGORIES
TAGS