İtaliya ABŞ-dan HIMARS YARS-lar alır
ABŞ Dövlət Departamenti 400 milyon dollar dəyərindəki M142 HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) İltaliyaya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 21 ədəd M142 HIMARS YARS-ın və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişlə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.