Gürcüstan Müdafiə Qüvvələri yeni yolsuzluq avtomobilləri və kompüter avadanlıqları əldə edib

Gürcüstan Müdafiə Qüvvələri yeni yolsuzluq avtomobilləri və kompüter avadanlıqları əldə edib

Danimarka satın aldığı yolsuzluq avtomobillərini və kompüter avadanlıqlarını Gürcüstan Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) təhvil verib.

“Poliqon” Gürcüstan Müdafiə Nazirliynin mətbuat xidmətinə istinadən xəbər verir ki, təhvil vermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili, Danimarkanın bu ölkədəki səfiri Anne Toft Sorensen və digər rəsmilər iştirak ediblər.

Gürcüstanın müdafiə naziri göstərdiyi dəstəyə və maliyyə töhfəsinə görə Danimarka tərəfinə təşəkkür edib.

Proqram çərçivəsində Danimarka JTEC-in yeni simulyasiya, rabitə və informasiya sistemləri mərkəzinin təchiz edilməsi üçün istifadə olunacaq 403 min ABŞ dolları dəyərində məhsul alıb. Bu məhsulların sırasına iki ədəd yolsuzluq avtomobili (Toyota Land Cruiser), zəruri kompüter və digər avadanlıqlar daxildir.

CATEGORIES