![Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb](https://poliqon.az/wp-content/uploads/2024/01/Yak-152.png)
Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb
Rusiyanın “Yakovlev” şirkəti tərəfindən inkişaf etdirilən yeni Yak-152 təlim təyyarəsinin dövlət sınaqları tamamlanıb.
“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət sınaqları zamanı təyyarənin əsas uçuş xüsusiyyətləri yoxlanılaraq təsdiq edilib.
Qeyd edək ki, Yak-152 təlim təyyarəsi Rusiya Hava-Kosmik Qüvvələrinin pilotlarının ilkin hazırlığı üçün istifadə olunacaq.