“Otokar” şirkətinin ötən il istehsal etdiyi zirehli maşınların sayı açıqlanıb
Türkiyənin “Otokar” şirkəti ötən il 312 ədəd zirehli nəqliyyat vasitəsi istehsal edib.
“Poliqon” xəbər verir ki, bu, “Otokar”ın 2023-cü il üçün yayımladığı illik hesabatda öz əksini tapıb.
Bildirilib ki, illik 700 ədəd zirehli nəqliyyat vasitəsi istehsal etmək imkanında olan şirkət keçən il 305 zirehli maşının satışını həyata keçirib.
Qeyd edək ki, qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumları tərəfindən istifadə olunur.