
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycana gəlib
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən xəbər verib.
Türkiyənin milli müdafiə naziri Yaşar Güleri hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
TAGS Manşet