“Dearsan” ixrac edəcəyi növbəti OPV 76 patrul gəmisini suya endirib

“Dearsan” ixrac edəcəyi növbəti OPV 76 patrul gəmisini suya endirib

Türkiyənin “Dearsan” tərsanəsi tərəfindən Nigeriya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən ikinci OPV 76 açıq dəniz patrul gəmisi suya endirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) məlumat yayıb.

Məlumatda bildirilib ki, tərsanədə keçirilən suya endirmə mərasimində Nigeriya Prezidenti Bola Tinubunun həyat yoldaşı Oluremi Tinubu, Nigeriyanın müdafiə naziri Bello Muhammed, habelə Türkiyənin SSB başqanı Haluk Görgün, “Dearsan” nümayəndələri və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, “Dearsan” ilə Nigeriya HDQ arasında iki ədəd OPV 76 açıq dəniz patrul gəmisinin inşasını nəzərdə tutan müqavilə 2021-ci ilin may ayında imzalanıb. Ötən ilin okyabr ayında isə “Dearsan” tərsanəsi Nigeriya HDQ-nin ilk OPV 76 gəmisini suya endirib.

CATEGORIES
TAGS