F-16 qırıcısı “Tolun” bombaları ilə hədəfələri vurub – VİDEO

F-16 qırıcısı “Tolun” bombaları ilə hədəfələri vurub – VİDEO

ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən “Tolun” miniatür bombasının F-16 qırıcısından atış sınağı yerinə yetirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı F-16-ya inteqrasiya olunmuş “Sadak-4T” ağıllı xarici asqı sistemindən buraxılan “Tolun” bombaları ilə 30 km uzaqlıqdakı 4 fərqli hədəf vurulub.

GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. O, F-16 Block 40 qırıcıları və “Akıncı” PUA-larından atılmaq üçün nəzərdə tutulub.

Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir. Mənzili 102 km və ağırlığı 139 kq olan “Tolun”, ASELSAN-ın “Sadak-4T” ağıllı xarici asqı sisteminə taxıla bilər. Belə olan halda F-16 qırıcısı 1 əvəzinə 4 ədəd “Tolun” miniatür bombası daşıya bilir.

CATEGORIES
TAGS