Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

May ayının 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES