Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M – 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.