ABŞ Ordusu uzun məsafəli hipersəs raketlər alır
“Lockheed Martin” şirkəti ABŞ Ordusuna əlavə uzun məsafəli hipersəs silah (LRHW – Long Range Hypersonic Weapon) sistemi tədarük edəcək.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 756 milyon dollar dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, istehsalçı şirkət ABŞ Ordusunu əlavə LRHW batareya avadanlığı, logistik həllər, sistem və proqram mühəndisliyi dəstəyi ilə təmin edəcək.