İsveç Ukraynaya 7 milyard dollarlıq hərbi yardım ayıracaq

İsveç Ukraynaya 7 milyard dollarlıq hərbi yardım ayıracaq

İsveç hökuməti Ukraynaya 75 milyard SEK (7 milyard ABŞ dolları) dəyərində üç illik hərbi yardım proqramını bəyan edib.

“Poliqon” xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, İsveçin Ukraynaya dəstəyini daha da gücləndirmək və uzunmüddətliliyi təmin etməkdən ötrü hökumət və İsveç Demokratları Ukraynaya 2024-2026-cı illər üçün ümumilikdə 75 milyard SEK, ildə 25 milyard SEK (2.3 milyard ABŞ dolları) məbləğində hərbi dəstəyin göstərilməsinə dair üç illik çərçivə proqramı barəsində razılıq əldə edib.

Bununla birlikdə İsveçin Ukraynaya indiyə qədər göstərdiyi hərbi və mülki yardım ümumilikdə 100 milyard İsveç kronundan (9.3 milyard ABŞ dolları) çox olacaq.

Qeyd edilib ki, proqram çərçivəsində Ukraynaya göstəriləcək hərbi yardım müdafiə avadanlıqlarının ianələri, maliyyə töhfələri və müdafiə avadanlıqlarının alınması üçün maliyyə dəstəyi şəklində ola bilər.

CATEGORIES