ABŞ HHQ-nin F-35-ləri JSM raketlərindən istifadə edəcək

ABŞ HHQ-nin F-35-ləri JSM raketlərindən istifadə edəcək

Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin F-35A döyüş təyyarələri üçün “Joint Strike Missile” (JSM) raketləri tədarük edəcək.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və ABŞ HHQ arasında dəyəri təxminən 141 milyon dollar təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən, raketlərin ABŞ HHQ-yə çatdırılmasına 2026-cı ildən başlanacaq.

KONGSBERG şirkəti tərəfindən inkişaf etdirilən “hava-səth” təyinatlı “Joint Strike Missile” raketi su və quru səthindəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verən JSM təyyarədən kənarda, bortda və uçuşda missiya planlaşdırma qabiliyyətinə malikdir.

Hazırda “Joint Strike Missile” raketi Norveç və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən seçilib. İstehsalçı şirkət gələcəkdə digər NATO ölkələrinin də bu raketi seçmək ehtimallarını yüksək qiymətləndirir.

CATEGORIES
TAGS