![Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib](https://poliqon.az/wp-content/uploads/2024/06/77dff18bda05587b04af41d5994e1a74.jpg)
Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstanın hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.
TAGS Manşet