“Meteksan Savunma” sualtı görüntülərin çəkilməsi üçün yeni sistem inkişaf etdirəcək

“Meteksan Savunma” sualtı görüntülərin çəkilməsi üçün yeni sistem inkişaf etdirəcək

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı və “Meteksan Savunma” şirkəti arasında SAS (Su Altı Sentetik Açıklıklı Görüntüleme Yeteneği Kazandırılması) layihəsi çərçivəsində MİLSAS (Milli Sentetik Açıklıklı Sonar) sisteminin inkişaf etdirilməsi ilə bağlı müqavilə imzalanıb.

Bu barədə “Poliqon”a “Meteksan Savunma” şirkətindən məlumat verilib.

Bildirilib ki, MİLSAS sahib olacağı innovativ sensor texnologiyası və siqnal emal alqoritmləri ilə yüksək keyfiyyətli sualtı şəkillər çəkməyə imkan verəcək. Həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə biləcək MİLSAS sayəsində dünyada yalnız bir neçə ölkənin sahib olduğu kritik bir texnologiya Türkiyəyə qazandırılmış olacaq.

Bilkent, Yıldırım Beyazıt və Gebze Texniki Universitetlərinin mütəxəssis müəllimləri ilə əməkdaşlıq edilərək “Meteksan Savunma” tərəfindən hazırlanacaq MİLSAS-ın 2026-cı ildə istehsalının tamamlanaraq qəbul sınaqlarının həyata keçirilməsi və daha sonra 2027-ci ilin əvvəlində inventara daxil edilməsi planlaşdırılır.

“Meteksan Savunma” şirkətinin baş direktoru Adil Baktır, imzalanan SAS layihəsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, MİLSAS, insansız dəniz platformalarına və avtonom sualtı vasitələrə insteqrasiya edilərək mina əleyhinə tədbirlər, baza, liman və kritik obyektlərin təhlükəsizliyi, neft və təbii qaz xətlərinə nəzarət, dəniz arxeologiyası və dəniz dibinin yüksək keyfiyyətli xəritələrinin çıxarılması kimi bir çox sahədə istifadə oluna biləcək.

CATEGORIES