Cari ildə Ukrayna 350 mindən çox PUA satın alıb

Cari ildə Ukrayna 350 mindən çox PUA satın alıb

2024-cü ilin əvvəlindən indiyə kimi Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi 30 milyard UAH (hazırkı məzənnə ilə 723.5 milyon ABŞ dolları) dəyərində pilotsuz uçuş aparatları (PUA) və əlaqəli sistemlər satın alıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 350 mindən çox PUA-nın alınması üçün müqavilələr bağlanıb.

Qeyd olunub ki, bu pilotsuz uçuş aparatları həm FPV (First person View) və digər dronlar, həm də düşmən müdafiə xəttinin dərinliklərində fəaliyyət göstərə bilən kəşfiyyat və hücum tipli bahalı PUA-lardır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkovun sözlərinə görə, Ordu üçün alınan dronların 95%-i Ukrayna istehsalıdır: “Bu, milli müdafiə texnologiyalarının inkişafında mühüm nailiyyətlərdən xəbər verir və yerli məhsulların yüksək keyfiyyətini təsdiqləyir”.

Yerli məhsulların əhəmiyyətindən danışan Ukrayna Müdafiə Təchizatları Agentliyinin direktoru Marina Bezrukova bildirib ki, ukraynalı istehsalçılar yüksək rəqabət qabiliyyətinə malik PUA-lar istehsal edirlər: “Çünki onlar hərbçilərimizlə daim təmasda olur və onların istəkləri ilə döyüş meydanında baş verən dəyişiklikləri nəzərə alırlar. Həmçinin vacib olanlardan biri də Müdafiə Təchizatları Agentliyinin artıq yerli istehsalçılarla PUA-lar üçün 1.6 milyondan çox döyüş sursatının alınmasına dair müqavilələr imzalamasıdır”.

CATEGORIES
TAGS