![ASELSAN-ın “Kangal-D” antidron sistemi dəniz platformalarına inteqrasiya olunub ASELSAN-ın “Kangal-D” antidron sistemi dəniz platformalarına inteqrasiya olunub](https://poliqon.az/wp-content/uploads/2024/03/GJM35y9WkAAzaX7-e1711437267683.png)
ASELSAN-ın “Kangal-D” antidron sistemi dəniz platformalarına inteqrasiya olunub
ASELSAN şirkətinin “Kangal” antidron sisteminin dəniz platformaları üçün “Kangal-D” versiyası hazırlanıb.
Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, bu günə kimi bir çox kritik strukturları, hərbi əraziləri, strateji əhəmiyyətli şəhər və kənd bölgələrini mini / mikro PUA təhlükələrinə qarşı uğurla qoruyan “Kangal” antidron sistemi ilk dəfə olaraq dəniz platformalarına inteqrasiya edilib.
“Kangal-D” antidron sistemi dəniz platformalarını da mini / mikro PUA təhlükələrinə qarşı qoruyacaq.