“LIG Nex1” şirkəti lüləaltı idarə olunan raket təqdim edib

“LIG Nex1” şirkəti lüləaltı idarə olunan raket təqdim edib

Cənubi Koreyanın “LIG Nex1” şirkəti lüləaltı qumbaraatandan (underslung grenade launcher – UGL) buraxılmaq üçün uyğunlaşdırılmış idarə olunan mikro raketin (Micro Guided Missile – MGM) modelini təqdim edib.

“Poliqon” “Janes” nəşrinə istinadən xəbər verir ki, “Gun-Type Micro Guided Missile” (GT MGM) adlanan 40×500 mm-lik raket Kyoryeonqda keçirilən KADEX 2024 (Korea Army International Defense Industry Exhibition 2024) beynəlxalq Koreya müdafiə forumunda nümayiş olunub.

Raketin xüsusiyyətləri barədə ətraflı məlumat verilməyib. Atıcı kompleksinin fotosuna əsasən, güman etmək olar ki, tuşlama avtomatdakı lazer hədəfgöstəricidən (laser target designator – LTD) gələn lazer şüası əsasında aparılacaq.

2022-ci ildə Goyangdakı DX Korea tədbirində istifadəyə verilmiş “Drone-Launched” MGM həllinə bənzər olaraq, “Gun-Type Micro Guided Missile”, LTD tərəfindən hədəfə dəqiq şəkildə tuşlanmaya imkan verən yarıaktiv lazer (semi-active laser – SAL) özütuşlama başlığına malikdir.

Sonuncunun lehinə, şirkətin lazer tuşlama sistemli raketlərin hazırlanmasında, xüsusən də başqa bir Low-Cost Guided Imaging Rocket (LOGIR) layihəsi çərçivəsində səlahiyyətlərinin olması sübut edir.

Şirkətdən bildirilib ki, ümumi çəkisi 1,5 kq olan raket 1000 m-ə qədər atış məsafəsinə malikdir. Raketin döyüş başlığının ölçüsü ilə bağlı şərh verilmir, lakin mənbələr onun çəkisinin 1 kq-dan az olduğunu, yəni zirehsiz texnikalara və canlı qüvvəyə hücum etmək üçün uyğun olacağını söyləyir.

Şirkətin məlumatına görə, döyüş sursatının özü ya qəlpəli, ya da ikili təyinatlı döyüş başlıqları ilə təchiz oluna bilər. 2025-ci il ərzində keçiriləcək “proqram öncəsi sınaq və idarəolunan sınaq” ərəfəsində cari ilin noyabr ayında canlı atəş sınağının keçiriləcəyi planlaşdırılır. Həmçinin əlavə edilib ki, “Gun-Type Micro Guided Missile”nin inkişafının gələn il başa çatdırılması gözlənilir.

Qeyd edim ki, Cənubi Koreyanın GT MGM raketi ABŞ-nin “Raytheon” şirkətinin 40 mm-lik idarə olunan “Pike” raketinin oxşar prototipinə böyük dərəcədə bənzəyir. Sonuncu, təxminən 900 qram ağırlığında lüləaltı raket təklif edir ki, onun da 270 qramı döyüş başlığına aiddir. Uzunluğu 430 mm olan raket, adi 40 mm-lik M320 (Heckler & Koch M320) və ya EGLM (Heckler & Koch AG-C/EGLM) lüləaltı qumbaraatanlarından buraxıla bilir.

“Raytheon Advanced Land Warfare Systems” şirkətinin direktoru Corc Smit 2015-ci ildə demişdir ki: “Pike həm stasionar, həm də yavaş hərəkət edən orta mənzilli hədəfləri vurmaq üçün rəqəmsal yarıaktiv lazer özütuşlama başlığından istifadə edir”.

Çöl şəraitində belə raketin nişangah atışının maksimal məsafəsi 2100 metr təşkil edir. Çöl sınaqları zamanı raket 5 metr hüdudunda təyin olunmuş hədəfi iki dəfə vurub.

Tipik olaraq, “Pike” iki nəfərlik heyət tərəfindən idarə olunur: bir döyüşçü qumbaraatandan atəş aparır, digəri isə zərbə anına qədər hədəfi lazer göstərici ilə şüalandırır. Bununla yanaşı, əgər atəş uzaq məsafəyə aparılarsa, kompleks bir nəfər tərəfindən də istifadə edilə bilər. Raketin maksimal məsafəyə uçuş müddəti 15-20 saniyədir ki, bu da əvvəlcə hədəfə atəş açmağa, sonra isə lazer hədəfgöstəricidən istifadə edərək onu hədəfə yönəltməyə imkan verir.

“Pike” raketindən istifadə prinsipi belədir: atəş açmazdan əvvəl atıcı hədəf haqqında məlumatları raketdə proqramlaşdırmalı, sonra isə onu qumbaraatan lüləsinə doldurmalıdır. Atış zamanı tullayıcı atım döyüş sursatını lülə kanalından atır, üç metr məsafədən sonra əsas bərk yanacaqlı raket mühərriki işə düşür.

4b09d97d9bba5966a8b7d06254214777 3 e1728153827705

Gun-Type Micro Guided Missile lüləaltı idarə olunan raket

26a676bf29273a7d5f42db0cea0114c3 2

“Raytheon” şirkətinin “Pike” idarə olunan raketi

62a256aae7c92b12342db4a7e918758c 2

M320 qumbaraatanının lüləsində atışa hazır idarə olunan “Pike” raketi

9b88be2ea84d0772f6edcc99ed7f540a 3

Gun-Type Micro Guided Missile lüləaltı idarə olunan raket

Əhəd Vahidoğlu

CATEGORIES