Almaniyanın “Eurofighter” qırıcıları “Arexis” EW sistemləri təchiz ediləcək

Almaniyanın “Eurofighter” qırıcıları “Arexis” EW sistemləri təchiz ediləcək

Almaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter” qırıcıları İsveç mərkəzli “Saab” şirkətinin “Arexis” elektron müharibə (electronic warfare – EW) sistemləri ilə təchiz ediləcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün “Airbus Defence and Space” şirkətindən müvafiq sifariş alınıb.

Sifarişə əsasən, “Arexis” elektron müharibə sistemlərinin çatdırılması da daxil olmaqla, bütün işlər 2024-2026-ci illər ərzində həyata keçiriləcək.

Qeyd edilib ki, Almaniyanın müdafiə satınalma ofisi 2023-cü ilin iyununda Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter” qırıcılarının EW variantı olan “Eurofighter EK” üçün “Saab”ın “Arexis” sensor dəstini seçdiyini açıqlayıb. Bu sifariş də “Saab”ın sözügedən proqram çərçivəsində “Arexis” tədarükünün birinci mərhələsinin başlanğıcını göstərir.

Sifariş çərçivəsində Almaniya HHQ-nin 15 ədəd “Eurofighter EK” qırıcısı EW missiyaları üçün “Saab”ın “Arexis” sistemləri ilə təchiz olunacaq və onlar 2030-cu ildən etibarən istismardan çıxarılacaq “Tornado ECR” qırıcılarını əvəz edəcək.

CATEGORIES
TAGS