İsrailin CH-53K helikopterləri “Elbit Systems” həlləri ilə uçacaq

İsrailin CH-53K helikopterləri “Elbit Systems” həlləri ilə uçacaq

İsrail Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları Direktorluğu CH-53K “Pereh” ağır nəqliyyat helikopterləri üçün “Elbit Systems” şirkəti ilə təxminən 130 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən, İsrail Hərbi Hava Qüvvələri (HHQ) üçün nəzərdə tutulan 12 ədəd yeni CH-53K helikopterinə yerli istehsal olan qabaqcıl komanda-idarəetmə sistemləri, avionika, elektron müharibə avadanlıqları və DIRCM sistemi inteqrasiya ediləcək. Bu helikopterlər hazırda istismarda olan köhnə CH-53 “Yas’ur” platformalarını əvəz edəcək.

Xatırladaq ki, İsrail Müdafiə Nazirliyi 2021-ci ilin sonunda “Sikorsky” istehsalı olan 12 ədəd CH-53K helikopterinin alınması üçün ABŞ hökuməti ilə müqavilə imzalayıb.

CATEGORIES