CH-53K helikopterləri İsrail sistemləri təchiz ediləcək

CH-53K helikopterləri İsrail sistemləri təchiz ediləcək

İsrail Müdafiə Nazirliyi və ABŞ-ın “Sikorsky” şirkəti (“Lockheed Martin” şirkətinin tərkibinə daxildir) arasında CH-53K helikopterləri ilə bağlı müqavilə imzalanıb.

Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Müqaviləyə əsasən, “Sikorsky” şirkəti tərəfindən İsrail Hərbi Hava Qüvvələrinə tədarük ediləcək 12 ədəd yeni CH-53K helikopteri İsrail sistemləri (avionika, naviqasiya, elektron müharibə və s.) ilə təchiz ediləcək.

Xatırladaq ki, İsrail Müdafiə Nazirliyi 2021-ci ilin sonunda “Sikorsky” istehsalı olan 12 ədəd CH-53K helikopterinin alınması üçün ABŞ hökuməti ilə müqavilə imzalayıb.

CATEGORIES