Azərbaycan və Belarus müdafiə nazirlərinin telefon danışığı olub

Azərbaycan və Belarus müdafiə nazirlərinin telefon danışığı olub

Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarusun bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq  ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

CATEGORIES