
PC-7 təyyarələri “Thales”in radio idarəetmə sistemləri ilə təchiz ediləcək
“Pilatus Aircraft” şirkətinin istehsalı olan PC-7 təyyarələri “Thales” şirkətinin radio idarəetmə sistemləri ilə təchiz ediləcək.
“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, şirkətin radio həlli Avropada istifadə olunan “PC-7” təyyarə parkı üçün “Pilatus Aircraft” tərəfindən seçilib.
Seçilmiş radio idarəetmə sistemi istifadəçilərin hərbi tələblərinə cavab vermə qabiliyyəti, müxtəlif əməliyyat ssenarilərinə uyğunlaşma imkanları və yüksək etibarlılığı ilə fərqlənir. Şirkətin məlumatına görə, sistem ən mürəkkəb əməliyyat mühitlərində belə sabit və fasiləsiz rabitəni təmin edir.
Bundan əlavə, sistem hərbi standartlara tam uyğunluğu ilə seçilir və müxtəlif missiya sistemlərinə inteqrasiyanı asanlaşdırır. Onun çevik arxitekturası həm təlim uçuşlarında, həm də taktiki əməliyyatlarda istifadə imkanlarını genişləndirir.


