
Avropa İttifaqının (Aİ) sülhməramlı əməliyyatında iştirak edən İtaliyaya məxsus CH-47 “Chinook” ağır nəqliyyat helikopteri Bosniya və Herseqovinanın şimalında, Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb.
“Poliqon” xəbər verir ki, Aİ-nin EUFOR hərbi missiyası CH-47 “Chinook” helikopterinin cümə axşamı günortadan sonra qəzaya uğradığını təsdiqləyib.
Missiyanın nümayəndəsi bildirib ki, qəza nəticəsində ekipajın dörd üzvü həlak olub, 11 nəfər isə yaralanıb.





