SƏRHƏDXəbərlər

DSX-də Zəfər Gününün 6-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, üzərlərinə əklil və gül dəstələri qoyaraq əziz xatirələrini dərin ehtiramla yad edib.

Daha sonra Hərbi Memorial Məzarlıq ziyarət edilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.

Zəfər parkında tarixi Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində göstərilən misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanıb.

Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və sərkərdəlik məharəti, xalqımızın sarsılmaz birliyi, Silahlı Qüvvələrimizin döyüş qüdrəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.

Tədbirlərin sonunda 44 günlük Vətən müharibəsindən, Azərbaycan hərbçilərinin qəhrəmanlıq və şücaətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

IMG 20261107 WA0004

IMG 20261107 WA0005 IMG 20261107 WA0008 IMG 20261107 WA0007 IMG 20261107 WA0006 IMG 20261107 WA0010 IMG 20261107 WA0009 IMG 20261107 WA0013 IMG 20261107 WA0012 IMG 20261107 WA0011 IMG 20261107 WA0016 IMG 20261107 WA0015 IMG 20261107 WA0014 IMG 20261107 WA0019 IMG 20261107 WA0018 IMG 20261107 WA0017 IMG 20261107 WA0021 IMG 20261107 WA0020 IMG 20261107 WA0024 IMG 20261107 WA0023 IMG 20261107 WA0022 IMG 20261107 WA0027 IMG 20261107 WA0026 IMG 20261107 WA0025 IMG 20261107 WA0030 IMG 20261107 WA0029 1 IMG 20261107 WA0028

Back to top button