QuruXəbərlər

MKE yerli və xarici müştərilərə müxtəlif təyinatlı döyüş sursatları çatdırıb

MKE şirkəti son bir həftə ərzində yerli və xarici müştərilərə müxtəlif təyinatlı döyüş sursatlarının tədarükünü həyata keçirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, müxtəlif miqdarda 2,75 düymlük raket mühərrikləri, 81 mm-lik minaatan mərmiləri və 155 mm-lik artilleriya mərmiləri Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.

Bununla yanaşı, müdafiə sənayesi tərəfdaşlarına 35 mm-lik qəlpəli döyüş sursatları və “Azak” döyüş başlıqları, Filippinə isə 20 mm-lik sursatların çatdırılması həyata keçirilib.

Back to top button