Türkiyənin “HİSAR-A+” kompleksi bütün elementləri ilə təhvil verilib
Türkiyənin ROKETSAN və ASELSAN şirkətlərinin birgə hazırladığı “HİSAR-A+” hava hücumundan müdafiə sistemi bütün elementləri ilə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.
“”HİSAR A+” sistemi bütün elementləri ilə təslim edilib”, – deyə İsmail Dəmir vurğulayıb.
SSB başqanı bildirib ki, yüksək sürətli hədəfi uzun məsafədə və yüksək hündürlükdə məhv edən “HİSAR-O+” hava hücumundan müdafiə sistemi isə seriyalı istehsala başlama mərhələsindədir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər