Artırılmış mənzilli “Hisar-O” ZRK-nin atış sınağı həyata keçirilib

Artırılmış mənzilli “Hisar-O” ZRK-nin atış sınağı həyata keçirilib

Türkiyənin ROKETSAN və ASELSAN şirkətlərinin birgə hazırladığı artırılmış mənzilli “Hisar-O” zenit-raket kompleksinin (ZRK) atış sınağı həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Paylaşımda sınaq zamanı artırılmış mənzilli “Hisar-O” ZRK-nin hava hədəfini 40+ kilometr məsafədən məhv etdiyi bildirilib.

Beləliklə, “Hisar-O” ZRK yeni imkanlar əldə edib ki, bunların da sırasında aşağıdakılar daxildir:

  • 40+ km məhvetmə mənzili;
  • Artırılmış radar mənzili;
  • Daha təkmil RF və IIR arayıcı başlıqlı raketlər;
  • RF və IIR başlıqlı raketləri eyni vaxtda istifadə etmək bacarığı;
  • Birdən çox hədəfə kilidlənmək üçün yüksək performanslı atəşi idarəetmə sistemi;
  • “Adhoc” yeni nəsil rabitə arxitekturası;
  • Əlavə milli alt sistemlər.

Qeyd edək ki, orta mənzilli ZRK olan “Hisar-O” Türkiyənin hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hazırlanan “Polad Günbəz” (“Çelik Kubbe”) konsepsiyasında yer alır. Əvvəlki “Hisar-O” raketi ilə 20+ km olan məhvetmə məsafəsi ZRK-nin yeni aldığı “Hisar-RF” raketi ilə 40+ kilometrə yüksəldilib.

CATEGORIES
TAGS