Hindistan “Akash Prime” raketinin ilk sınaq atışını keçirib

Hindistan “Akash Prime” raketinin ilk sınaq atışını keçirib

Hindistan Ordusu Odişa sahillərində yerləşən Çandipur şəhərindəki poliqonda “Akash” adlı  “yer-hava” tipli raketin yeni versiyası “Akash Prime” raketinin ilk sınaq atışını keçirib.

“Poliqon” Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatının (DRDO) mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaqlar zamanı “Akash Prime” raketi düşmən təyyarələrini təqlid edən pilotsuz uçan hədəfi vurub və sınaqları uğurla tamamlayıb.

Qatı yanacaqlı mühərriklə təchiz edilən “Akash Prime” orta mənzilli raket Hindistan Ordusu və Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanıb.

“Akash Prime” raketi dəqiqliyi artırmaq üçün aktiv radiotezlik arayıcı başlıqla təchiz edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS