İranın yeni “Daylaman” destroyerinin görüntüləri yayılıb

İranın yeni “Daylaman” destroyerinin görüntüləri yayılıb

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər donanmasında xidmət göstərəcək yeni “Daylaman” destroyerinin görüntüləri yayılıb.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yeni destroyer bu gün rəsmi olaraq İran HDQ-nin Xəzər donanmasına qoşulacaq.

“Jamaran” sinifli gəmilərin ən təkmil versiyası kimi tanınan yerli destroyerin su basımı 1500 tondur.

“Daylaman” destroyeri İran Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi altında Müdafiə Nazirliyi tərəfindən layihələndirilib və istehsal edilib.

CATEGORIES