Rusiya Ordusu “Krasnopol-M2” idarəolunan artilleriya mərmiləri təmin edilir

Rusiya Ordusu “Krasnopol-M2” idarəolunan artilleriya mərmiləri təmin edilir

“Yüksək Dəqiqlik Komplekslər” holdinqinin Cihazqayırma Konstruktor Bürosu tərəfindən dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilən “Krasnopol-M2” idarəolunan artilleriya mərmiləri Rusiya Ordusuna təhvil verilib.

Bu barədə “Poliqon”  “Yüksək Dəqiqlik Komplekslər” holdinqinə istinadən xəbər verib.

Qeyd edək ki, “Krasnopol-M2” mərmisi “Krasnopol-M” idarəolunan artilleriya mərmisinin NATO standartlarına uyğun hazırlanmış 155 mm-lik versiyasıdır. Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. O, 25 km-ə qədər məsafədəki həm hərəkətli və hərəkətsiz, həm də zirehli və zirehsiz hədəfləri, mühəndis qurğularını ilk atışdan məhv etmək üçün təyin olunub.

Xatırladaq ki, ötən il Cihazqayırma Konstruktor Bürosunun icraçı direktoru Vyaçeslav Kovalev 2024-cü ildə “Krasnopol-M2” idarəolunan artilleriya mərmilərinin istehsalının 25 dəfə artacağını bildirmişdi.

CATEGORIES
TAGS