“Katmerciler” Uruqvaya zirehli maşınlar ixrac edib
Uruqvay Müdafiə Nazirliyi BMT-nin Atəşkəs Müşahidə Qüvvələrində (UNDOF) xidmət edən hərbçilərinin ehtiyaclarını qarşılamaq üçün Türkiyənin “Katmerciler” şirkətindən zirehli texnikalar alıb.
“Katmerciler” şirkətindən “Poliqon”a verilən məlumata görə, şirkət Uruqvaya “Hızır” adlı taktiki təkərli zirehli döyüş maşını və 4×4 təkər formuluna malik zirehli təcili yardım konfiqurasiyasını ixrac edib.
Məlumat üçün qeyd edək ki, UNDOF rəsmi olaraq müharibə vəziyyətində olan İsrail ilə Suriya arasındakı “Qüvvələrin Çıxarılması Anlaşması”na nəzarət etmək üçün bölgəyə yerləşdirilən BMT-nin sülhməramlı qüvvələridir. Uruqvay ilə yanaşı missiyaya töhfə verən Çexiya, Butan, Qana, Hindistan, İrlandiya, Yaponiya, Hollandiya, Nepal kimi ölkələr də var.
Rizvan Fikrətoğlu