IDEX-2023: “EDGE Group” 5 milyard dollar dəyərində müqavilələr imzalayıb
“EDGE Group” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilən IDEX-2023 sərgisində ümumi dəyəri 18.6 milyard AED (5 milyard ABŞ dolları) olan alqı-satqı müqavilələri imzalayıb.
“Poliqon” “EDGE Group”a istinadən xəbər verir ki, 18.6 milyard AED həcmindəki sifarişin böyük hissəsi yerli müştərilərdən, 4 milyard AED (1 milyard dollar) dəyərindəki hissəsi isə xarici müştərilərdən alınıb.
IDEX-2023-də “EDGE Group”un imzaladığı alqı-satqı müqavilələri:
- 71 metr uzunluğundakı korvetlərin inşa edilməsi üçün Anqola Hərbi Dəniz Qüvvələri ilə 4 milyard AED (1 milyard dollar);
- THUNDER aviasiiya bombalarının tədarük olunması üçün BƏƏ Silahlı Qüvvələri ilə 2.1 milyard AED (582 milyon dollar);
- SHADOW sistemlərinin tədarükü üçün BƏƏ Silahlı Qüvvələri ilə 1.3 milyard AED (362 milyon dollar);
- HUNTER süzən sursatlarının tədarük edilməsi üçün BƏƏ Silahlı Qüvvələri ilə 1.1 AED (299 milyon dollar);
- DESERT STING 25 raketlərinin tədarükü üçün BƏƏ Silahlı Qüvvələri ilə 4,7 milyard AED (1.2 milyard dollar);
- V-PROTECT və SKYSHIELD sistemlərinin tədarükü üçün 70 milyon AED (19 milyon dollar);
- BƏƏ Silahlı Qüvvələrinə kəşfiyyat imkanları təmin etmək üçün 4 milyard AED (1 milyard dollar);
- “Ajban” zirehli maşınlarının tədarükü üçün Əbu Dabi Polisi ilə 72 milyon AED (19.6 milyon dollar);
- AL TARIQ raketlərinin tədarükü edilməsi üçün BƏƏ Silahlı Qüvvələri ilə 1 milyard AED (272 milyon dollar);
- Üç növ termal silah nişangahının tədarük olunması üçün BƏƏ Silahlı Qüvvələri ilə 91 milyon AED (24.7 milyon dollar) və s.
Qeyd edək ki, şirkət IDEX-2023 sərgisində alqı-satqı müqavilələrdən əlavə müdafiə sənayesi sahəsində ABŞ, Türkiyə, İtaliya və digər ölkələrin istehsalçı şirkətləri ilə birgə əməkdaşlığın aparılmasına dair də anlaşma memorandumlarına imza atıb. Onlar arasında “Roketsan”, “L3Harris”, “BAE Systems”, “Fincantieri” və başqa şirkətlər yer alır.