“TCG Anadolu” gəmisi Türkiyə HDQ-nin ixtiyarına verilib

“TCG Anadolu” gəmisi Türkiyə HDQ-nin ixtiyarına verilib

Türkiyənin ən böyük döyüş gəmisi olan “TCG Anadolu” Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına verilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmirin, milli müdafiə naziri Hulusi Akarın da iştirak etdiyi təhvil-təslim mərasimi keçirilib.

Mərasim zamanı “TCG Anadolu” amfibiya hücum gəmisinin xidmətə girməsi ilə birlikdə, həm də R.T.Ərdoğan tərəfindən “Milgem” layihəsi çərçivəsində Türkiyə HDQ üçün inşa olunacaq “İstif” (“İ”) sinifinə aid 3 freqatın sac metallarının kəsimi baş tutub.

Qeyd edək ki, STM-TAIS tərəfdaşlığında həyata keçiriləcək layihə çərçivəsində “Anadolu”, “Sedef” və “Sefine” tərsanələrinin hər birinin 36 ay ərzində eyni vaxtda “İ” sinifinə aid bir freqat inşa etməsi planlaşdırılır. İnşa olunacaq 6-cı, 7-ci və 8-ci “İstif” sinifli freqatlar da bütün sensorları və silah sistemləri milli olaraq inkişaf etdirilən yerli hava hücumundan müdafiə imkanları ilə təchiz ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS