ABŞ 50 ədəd F-15 qırıcısının İsrailə satışını təsdiqləməyə yaxındır

ABŞ 50 ədəd F-15 qırıcısının İsrailə satışını təsdiqləməyə yaxındır

Bayden administrasiyası İsrailə 50-yə qədər ABŞ istehsalı olan F-15 döyüş təyyarəsinin satışını təsdiqləməyə yaxındır.

“Poliqon”un CNN-ə istinadən verdiyi məlumata görə, bu müqavilənin dəyəri təxminən 18 milyard ABŞ dollarından çox olacaq.

Satışın ABŞ Konqresində, xüsusən də prezidentin öz partiyasının üzvləri tərəfindən qızğın müzakirə olunacağı ehtimal edilir. Qeyd edilib ki, ABŞ-ın İsrailə silah satışı son aylarda ciddi şəkildə araşdırılıb. Demokratik millət vəkilləri İsrail Qəzzaya daha çox humanitar yardım göstərənə və oradakı mülki insanları qorumaq üçün daha çox işlər görənə qədər ona hərbi yardımı məhdudlaşdırmağa çağırıblar.

ABŞ rəsmisi CNN-ə bildirib ki, F-15-lərin İsrailə çatdırılmasını sürətləndirmək planları yoxdur, ona görə də satış təsdiq olunarsa, qırıcılar ən azı beş il ərzində İsrailə təhvil verilməyəcək.

CATEGORIES
TAGS