ABŞ çox sayda tank əleyhinə mərminin İsrailə satışını təsdiqləyib

ABŞ çox sayda tank əleyhinə mərminin İsrailə satışını təsdiqləyib

ABŞ hökuməti 106.5 milyon dollar dəyərindəki 120 mm-lik M830A1 tank əleyhinə mərmilərin İsrailə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 13981 ədəd M830A1 mərmisinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

CATEGORIES
TAGS