ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ-da F-35 qırıcısı qəzaya uğrayıb

ABŞ Dəniz Piyadalarına məxsus 5-ci nəsil F-35B “Lightning II” döyüş təyyarəsi ölkənin Cənubi Karolina ştatının Çarleston şəhəri yaxınlığında qəzaya uğrayıb.

“Poliqon” “Çarleston Birləşmiş Bazası”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza zamanı pilot katapult vasitəsi ilə təyyarədən atlayıb və vəziyyəti stabil olaraq yerli tibb mərkəzinə yerləşdirilib.

Bildirilib ki, hazırda axtarış-xilasetmə qrupları qəzaya uğrayan F-35-in yerini müəyyən etməyə çalışır. Təyyarənin son məlum mövqeyinə əsaslanaraq onun axtarışları “Çarleston Birləşmiş Bazası”nın şimalındakı Moultrie və Marion göllərinin ətrafında aparılır.

F-35-in tapılması üçün “Çarleston Birləşmiş Bazası” yerli sakinlərdən kömək etmələrini istəyib. Təyyarənin düşdüyü yer barədə məlumatı olan insanlardan baza ilə əlaqə saxlamaları xahiş olunub.

CATEGORIES
TAGS