ABŞ-da “Hero-120” süzən sursatı taktiki nəqliyyat vasitəsinə inteqrasiya olunub

ABŞ-da “Hero-120” süzən sursatı taktiki nəqliyyat vasitəsinə inteqrasiya olunub

“UVision” şirkətinin “Hero-120” süzən sursatı “GM Defense” şirkətinin yüngül taktiki nəqliyyat vasitəsinə inteqrasiya olunub.

“Poliqon” xəbər verir ki, bu barədə “General Motors” şirkətinin törəməsi olan “GM Defense” məlumat yayıb.

Bildirilib ki, süzən sursatın yüngül taktiki nəqliyyat vasitəsinə inteqrasiyası ilə bağlı işlər “GM Defense”, “UVisionUSA” və “Mistral Gorup” şirkətləri tərəfindən birgə aparılıb.

“UVision”un “Hero-120” süzən sursatı tank və zirehli texnikaların məhv edilməsi, habelə digər strateji məqsədlər üçün nəzərdə tutulub. Üzərində 3.5 kq partlayıcı döyüş başlığı daşıyan “Hero 120” 60 dəqiqədən artıq havada qala bilir. Hədəflərin izlənməsindən məhvinə qədər bütün prosesləri dəqiqliklə həyata keçirən bu sursatın ümumi çəkisi 12.5 kq, mənzili isə 40 km-dən çoxdur.

CATEGORIES