
Pakistanda keçiriləcək PIMEC-2025 sərgisinə hazırlıqlar başlayıb
Pakistanın Karaçi şəhərində keçiriləcək PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransına hazırlıqlar rəsmi olaraq başlayıb.
Sərginin təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, bununla bağlı Karaçi Komandanlığının Baş Qərargahında vitse-admiral Məhəmməd Faysal Abbasinin rəhbərliyi altında İdarəetmə Komitəsinin 1-ci iclası keçirilib.
Pakistanda iki ildən bir keçirilən PIMEC sərgisi milli və beynəlxalq dənizçilik sənayesində ən son texnologiyaları və inkişafları nümayiş etdirmək üçün nüfuzlu platforma rolunu oynayır. 2-ci PIMEC sərgisinin 2025-ci il 3-6 noyabr tarixlərində Karaçi Sərgi Mərkəzində keçirilməsi planlaşdırılır.
İdarəetmə Komitəsinin ilk iclasında Federal Nazirliklər, Sindh hökuməti, Pakistan Hərbi Dəniz Qüvvələri, hüquq-mühafizə orqanları və sərginin təşkilatçısı “Badar Expo Solutions” şirkətindən yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Açılış çıxışında vitse-admiral Məhəmməd Faysal Abbasi, PIMEC-in Pakistanın dəniz potensialını və mavi İqtisadiyyatın təqdim etdiyi geniş imkanları üzə çıxarmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, bu sərgi təkcə texnoloji yeniliklərin nümayişi deyil, həm də iqtisadi inkişaf, siyasi səviyyədə dialoq və beynəlxalq əməkdaşlıq üçün mühüm vasitədir.
Onun sözlərinə görə, istək, birlik və dəqiq planlaşdırma ilə PIMEC-2025 Pakistanın beynəlxalq nüfuzunu artıracaq və milli iqtisadiyyata töhfə verəcəkdir.
PIMEC-2025, dənizçilik sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin dəstəklənməsi üçün dünya üzrə sahibkarları, elmi-tədqiqat mütəxəssislərini, maliyyəçiləri və siyasətçiləri bir araya gətirməyi qarşısına məqsəd qoyub.
Qeyd olunub ki, bu tədbirin uğurla həyata keçirilməsi dövlət qurumları, silahlı qüvvələr, dövlət/özəl dəniz sektoru, ticarət orqanları arasında birgə səylərin əksi olacaqdır.