ABŞ-da IBCS sisteminin seriyalı istehsalına başlanıb
ABŞ Müdafiə Nazirliyi IBCS sistemlərinin kiçik və tam seriyalı istehsalı üçün “Northrop Grumman” şirkəti ilə müqavilə imzalayıb.
Bu barədə “Poliqon” “Northrop Grumman” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verib.
1,4 milyard ABŞ dolları dəyərindəki müqavilə 2009-cu ildə başladılmış proqramın son mərhələsidir. İnkişafa artıq təxminən 2,7 milyard dollar xərclənib ki, bu da onun ABŞ Silahlı Qüvvələri üçün yüksək prioritet olduğunu təsdiqləyir.
İnteqrasiya edilmiş havadan və raketdən müdafiə döyüş idarəetmə sistemi (IBCS, Integrated Air and Missile Defense Battle Command System) ABŞ ordusunun gələcək HHM və Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin “beyni” kimi hazırlanıb. O, təkcə “Patriotu” zenit raket kompleksini əvəz etmək üçün yaradılmış radarları və buraxma qurğularını birləşdirməyəcək, həm də bütün mümkün mənbələrdən, o cümlədən qırıcılardan alınan məlumatları emal edən inteqrasiya olunmuş HHM sisteminin özəyinə çevriləcək.
Qeyd edək ki, “Raytheon” şirkəti gələn ilin əvvəlində müqaviləsi imzalanmış sonuncu LTAMDS radarlarını təhvil verməyi planlaşdırır. 2022-ci ildə HHM sisteminin son sınaqları keçiriləcək, 2023-cü ildən isə perspektivli döyüş sisteminin tam seriyalı istehsalına başlanacaq (həmçinin bax: ABŞ IBCS HHM sisteminin seriya istehsalına başlayacaq və “Patriot” ZRK-nin buraxılışı keçirilib).
Əhəd Əzizov