ABŞ-da “Paladin” M109A7 haubitsanın yeni prototipləri hazırlanır
ABŞ-ın “Picatinny Arsenal” şirkəti tərəfindən “Paladin” M109A7 özüyeriyən haubitsanın yeni prototiplərinin hazırlanmasına başlanıb.
“Poliqon”un xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin təkmilləşdirilmiş ERCA uzun mənzilli artilleriya sistemi proqramı çərçivəsində ilk mərhələdə 4 ədəd 155 mm-lik haubitsanın prototipi hazırlanacaq.
ERCA proqramı çərçivəsində hazırlanacaq M109A7 özüyeriyən haubitsanın ilk prototibinin 2021-ci il ərzində ordu təlimlərində sınaqdan keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, hazırda özüyeriyən haubitsanın ilkin versiyası – 0 prototip XM1299 sınaqlardan keçirilir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər